• Ç. Dek 25th, 2024

Əhalinin doğma yurdlara qayıdışı uğurla təmin olunacaq

ByVuqar Ferzeliyev

Dek 23, 2022

    Müstəqilliyimizin bərpasından keçən 30 illik bir müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar, son 19 ildə ölkənin sosial-iqtisadi və siyası həyatında əldə edilən naliyyətlər, beynəlxalq nüfuzun artması, şərqlə-qərb, şimalla-cənub arasında mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və bu resursların nəqli üçün yaradılmış infrastruktur, nəhayət ötən ilin sonunda 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərin iqtisadiyyatımıza reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaranması imkanları deməyə əsas verir ki, qarşıdakı illərdə müəyyənləşdirilmiş prioritetlər və hədəflər uğurlu reallaşdırılacaqdır.

Sənəddəki qlobal əhəmiyyətli müddəalardan biri işğaldan azad edilmiş ərazilərin inkişafı və reinteqrasiyasıdır. Brada iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialı nəzərə alınacaqdır.

 Əhalinin geri qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılacaq. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi də daxildir.

Bununla bağlı yeni iş yerlərinin açılması xüsusi əhəmiyyət kəsb edir.. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır.

 Proqrama görə dövlət xidmətlərin əlçatan olmalıdır.Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir.

Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı ilə bağlı Sərəncam da məhz bu tələblərdən irəli gələn mühüm sənəddir. Biz sadə vətəndaşlar proqramın irəli sürülməsinə görə cənab İlham Əliyevin dəyərli təşəbbüsünə yekdilliklə səs veririk.

Nəbi İsgəndərov,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

 İttifaqı Cəlilabad rayon Komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir