• Ç. Noy 27th, 2024

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşdü

ByYenigun.news

İyn 17, 2022

Azərbaycanın Baş naziri Əli Əsədov Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Qətərin tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.

Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın məqsədlərinin təşviq olunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazir 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin, urbisid, kultursid və ekosidin törədildiyini bildirib. Vurğulanıb ki, həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib, dini abidələrimiz, məscidlərimiz dağıdılıb, yandırılıb və təhqir olunub.

Görüşdə, həmçinin Azərbaycanla Qətər arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir