• Bz. Dek 1st, 2024

Əli Əsədov Söyüdlüdə nöqsanların ciddi araşdırılması ilə bağlı ETSN və FHN-ə tapşırıqlar verdi

ByYenigun.news

İyl 13, 2023


Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) və Fövqəladə Hallar Nazirliyinə (FHN) tapşırıqlar verib.

Oxu.Az xəbər verir ki, Ə.Əsədov Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış komissiyanın ikinci iclasında icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması, həmçinin digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı ETSN-ə və FHN-ə tapşırıqlar verib.

Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcəkdir.

İclasda, həmçinin aparılan monitorinqlərin nəticələrinə dair komissiya üzvlərinin məruzələri dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir