Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.
Yenigun.news xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.
Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.