Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq digər ölkə liderləri və nümayəndələri ilə şam yeməyində bir araya gəlib.
Ziyafətə, həmçinin Fələstinin Baş naziri Məhəmməd İştiyyə, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Əymən Bin Əbdürrəhman, Beynəlxalq İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti və Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki əl-Feysəl, Küveytin informasiya, mədəniyyət və gənclər naziri Əbdülrəhman Əl Mutairi qatılıb.
Qeyd edək ki, 56 ölkədən 4200 idmançının iştirakı ilə Türkiyənin ev sahibliyi etdiyi 5-ci İslam Həmrəyliyi Oyunlarının açılışı bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
Mənbə: TRT