Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Tehrandakı səfirliyinə mənfur hücumu qınayıb.
Bu barədə Türkiyə lideri “Twitter” hesabında yazıb.
“Azərbaycanın Tehran səfirliyinə edilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu iyrənc hücumu qətiyyətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm.
Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır”, – deyə Ərdoğan bildirib.
Azerbaycan’ın Tahran Büyükelçiliğine yapılan, bir güvenlik amirinin şehit edildiği menfur saldırıyı şiddetle kınıyorum. Azerbaycanlı kardeşlerimize başsağlığı dileklerimi iletiyor, yaralılarımıza acil şifalar diliyorum.
Türkiye can dostu ve kardeşi Azerbaycan’ın yanındadır. ????
— Recep Tayyip Erdoğan (@RTErdogan) January 27, 2023