• Ca. Noy 28th, 2024

Ərdoğan Şuşaya səfərindən danışdı

ByYenigun.news

İyn 16, 2021

“Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik”.

“Yenigun.news” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında Şuşa səfərinin təəssüratları barədə danışarkən söyləyib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Dünən qardaşım İlham Əliyev və heyətlərimizlə birlikdə Şuşada idik, azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalandığını görməyin sevincini bilavasitə yaşadıq. Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri adətən təbii bir İncəsənət Akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur”.

Türkiyə Prezidenti qeyd edib ki, qartal yuvası kimi qayaların üstündə səmaya yaxın qurulması ilə əlaqədar Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. “Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə dirçəlir”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir