• Şb. Noy 23rd, 2024

Əsassız pensiya və müavinətlərin kəsilməsi nəticəsində yüz milyonlarla manata qənaət edilib

ByYenigun.news

Noy 1, 2022

Nominal pensiya xərclərinin optimallaşdırılması nəticəsində qənaət edilən vəsaitin illər üzrə həcmi məlum olub.

APA-nın xəbərinə görə, 2018-ci ilin ikinci rübündən başlayaraq, nominal pensiya xərclərinin optimallaşdırılması nəticəsində 2018-ci ilin birinci rübü üzrə pensiyaların maliyyələşdirilməsi üzrə xərclərin orta aylıq göstəricisi 278,8 milyon manatdan həmin ilin may-dekabr ayları üzrə 275,6 milyon manata salınıb, ilin səkkiz ayında pensiya xərclərinə nominal baxımdan 25,61 milyon manat qənaət edilib. Nominal pensiya xərclərinin optimallaşdırılmasının yaratdığı məcmu qənaətin 2018-ci ilin illik pensiya xərcinə nisbəti 0,73% təşkil edib.

2019-cu ildə nominal pensiya xərcləri üzrə qənaət 2018-ci il üzrə illik nominal pensiya xərcləri ilə müqayisədə daha da optimallaşdırılaraq (əvvəlki dövrlər üçün ödənilən vəsaitlərin ödənişinə nəzarətin daha da gücləndirilməsi, məhkəmə mübahisələrinin DSMF-nin xeyrinə həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi, əsassız (saxta) pensiya işlərinin dayandırılması və ya ləğvi, aparılmış nəzarət-yoxlama tədbirlərinin gücləndirilməsi) 107,5 milyon manata çatdırılıb.

Əgər 2018-ci ilin birinci rübündə aylıq nominal pensiya xərcləri orta hesabla 278,8 milyon manat təşkil edirdisə, 2019-cu ilin dekabr ayında bu göstərici 265,44 milyon manat təşkil edib, təkcə dekabr ayı üzrə aylıq pensiya xərclərindəki qənaət 13,36 milyon manata bərabər olub.

2019-cu ildə nominal pensiya xərclərinin optimallaşdırılmasının yaratdığı məcmu qənaətin həmin il üzrə illik pensiya xərclərinə nisbəti 2,87% təşkil edib.

2020-ci ildə 2018-ci illə müqayisədə nominal pensiya xərcləri üzrə qənaət 220,9 milyon manat, 2019-cu illə müqayisədə 113,38 milyon manat olub. Nominal pensiya xərclərinin optimallaşdırılmasının 2018-ci illə müqayisədə yaratdığı qənaətin məcmusunun 2020-ci ilin pensiya xərclərinə nisbəti 4,94% təşkil edib.

2021-ci ildə nominal pensiya xərcləri üzrə qənaət 2018-ci illə müqayisədə 549,17 milyon manat, 2020-ci illə müqayisədə isə 328,28 milyon manat təşkil edib. 2021-ci ildə qənaətin məbləğinin kəskin artması başlıca səbəb olaraq əsassız əlilliyin ləğvi ilə əlaqələndirilməkdədir. 2022-ci ilin yanvar-avqust ayları üzrə nominal pensiya xərcləri üzrə təmizləmə 2018-ci ilin göstəriciləri ilə müqayisədə 495,31 milyon manat, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 170,75 milyon manat olub. Ümumilikdə 2018-ci ilin 1 aprel tarixindən 2022-ci ilin 1 sentyabr tarixinədək nominal təmizləmə üzrə qənaət göstəricisi 745,51 milyon manat, indeksləşmə göstəriciləri nəzərə alınmaqla isə 820,82 milyon manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir