“Azərbaycan qaçqınlıqdan əziyyət çəkən ölkələrdən biridir”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, 200 ildir xalqımız öz ata-baba torpaqlarında deportasiyalara, soyqırımlara, etnik təmizləmələrə məruz qalıb:
“Xalqımız zaman-zaman öz torpaqlarından didərgin salınıb. Öz ata-baba yurdlarından qovulub, çıxarılıb. Çox təəssüf ki, xüsusi ilə son 30 ildə Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırsa billsək də, Azərbaycanın həqiqətlərini lazımi səviyyədə çatdıra bilməmişik. Qərbi Azərbaycan İcması məhz bu vəzifəni qarşısına məqsəd kimi qoyub. Bizim əsas hədəfimiz son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır”.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcması son bir neçə ay ərzində xeyli işlər görüb:
“Qərbi Azərbaycan icmasının bir neçə sənədi BMT tribunasından 190 ölkədə BMT-nin rəsmi sənədi kimi yayılıb. Bu böyük uğurdur. Bu gün Ümumdünya qaçqınlar günüdür. Məqsədimiz məhz bu həqiqətləri çatdırmaqdır”.
Nəzrin Vahid