• C. Noy 29th, 2024

20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yayıb

ByYenigun.news

Yan 31, 2024


Dünyanın 22 ölkəsindən 49 qeyri-hökumət təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.

“Report” xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edirlər.

Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır:

“Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. Yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır:

“Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər. Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər.

“Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir. BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur”, – deyə müraciətdə vurğulanıb.

Qeyd olunub ki, yaxın zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən iki dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə – Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb. Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.

“Biz, həmçinin Amulsar (Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”, – deyə bəyanatda bildirilib.

İmzalar:

1.

Məryəm Daneş

Vaşinqton və Li Universiteti, ekofəal

ABŞ

2.

Aleksandr Eames

Planet 2030 təşkilatı

Birləşmiş Krallıq

3.

Saurab Kumar

YOUNGO – BMT-in Gənc İqlim Çempionları

Hindistan

4.

Patsi Stillo

“Partners in Health” təşkilatı

ABŞ

5.

Şəmsiyə Kukanbekova

Stop TB Tərəfdaşlığı

Tacikistan

6.

Kristina Zhorayeva

“AFEW”

Qazaxıstan

7.

Manoj Prabhu

“Dure”

İsveçrə

8.

Erna Yasareviç

“Dostluq körpüləri”

Bosniya və Herseqovina

9.

Met Qarnet

Miçiqan Universiteti, ekofəal

ABŞ

10.

Qleb Yevqeniy

“MADI”

Rusiya

11.

Nikolay Russu

“Gənc Baxış”

Moldova

12.

Fernando Sançes

“Braziliya Tibb Bacıları” Assosasiyası

Braziliya

13.

Prof.Dr.Ejaz Khan

İctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri Mərkəzi

Pakistan

14.

Mohmad Hüseyn Lon

Beynəlxalq İnsan Hüquqları Komissiyası

İsveçrə

15.

Əhməd Hudu Abdullahi

Afrihealth Optonet Assosasiyası

Nigeriya

16.

Karm Sitro

“Partners in Health” təşkilatı

ABŞ

17.

Ermin Yasareviç

“Dostluq körpüləri”

Bosniya and Hersegovina

18.

Naomi NguemadciIbaue Dabot

“ONG” Çad İqliminin Yaşıl Akademiyası

Çad

19.

Kristina Yakama

“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri

Keniya

20.

Konadu

“Altar” İnam Fondunun rəhbəri

Qana

21.

Peter Owiti

“Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru

Keniya

22.

Zeki Kılıçaslan

İstanbul Vərəm Savaş Dərnəyi

Türkiyə

23.

Sergey Uçayev

“Ishonch və Hayot”

Özbəkistan

24.

Stiven Anquva Şikoli

Kenyanın Vərəm çempionları Şəbəkəsi

Keniya

25.

Şəmsəddin Kuzəçi

Kərkük Mədəniyyəti İctimai birliyi

Türkməneli, İraq

26.

Ere Qabriel Erukudi

ətraf mühit üzrə ekspert, ekofəal

Nigeriya

27.

Festus Ngisipaan

“Kakuma” Sağlamlıq Təhlükəsizliyi Assosasiyası

Keniya

28.

Norman Kagiso Matiting

“TBpeople”

Botsvana

29.

Ezekiel Odeoh

Aqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA)

Keniya

30.

Endalkchew Fekadu

“VHS” təşkilatı

Efiopiya

31.

Əli Iklaqa

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

32.

Gabriel Ekalale

Asegis İcma Şəbəkəsi

Keniya

33.

Nişan Çavan

İctimai Səhiyyə üzrə ekspert

Hindistan

34.

Alfred Edapal

Lomeds Təşkilatı

Keniya

35.

Çarlz Quist

“Carepol” Fondu

Qana

36.

Rebekka Abulon

“Asegis” İcma şəbəkəsi

Keniya

37.

Filiz Duyar Ağca

Türk Toraks Dərnəyi

Türkiyə

38.

Olorun Femi

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

39.

EMERI ELIUD

Beynəlxalq TUBAE Təşkilatı

Keniya

40.

Coz Mariya

GEP Fondu

Argentina

41.

Lemaya Lumbasi

“A4ek” QHT

Keniya

41.

Erlina Burhan

Respirator Xəstəliklər üzrə İndoneziya Assosasiyası

İndoneziya

42.

Loçuç Yatu

“TODANYATU” İcma-əsaslı Təşkilatı

Keniya

43.

Karani Franklin

Loyifam Təşkilatı

Keniya

44.

Cozef Ngaukon Açuqa

“Ayok” multi İnkişaf Təşkilatı (AMDO)

Keniya

45.

Con Akinnuba

Ekologiya və İcma İnkişaf Mərkəzi

Nigeriya

46.

Samuel Iro Tomoro

TUNETAD

Keniya

47.

Kolins Mayor Kinyuru

Pamoja TB group

Keniya

48.

Cozef Kilonzo

“BİSK” Gənclər təşkilatı

Keniya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir