Uzun illər Biləsuvarın “Oktyabr” kolxozunda sürücü-mexanizator işləyən Zəri Qurbanovanın əməksevərliyi ilə qazandığı mükafatları saymaqla bitməz. Evinin dörd bir tərəfini bəzəyən fəxri fərmanlar, medallar, haqqında yazılan oçerklər. Hətta onun fotosu dövrün yeganə qadın dərgisi olan “Azərbaycan qadını” jurnalının üz qabığında yer alıb.
Zəri Qurbanovanın sözlərinə görə, o, rayonda ilk sürücü-mexanizator olub:
“Deyirdilər ki, bu, qadın sənəti deyil, get özünə iş tap. Dedim ki, mən işimi tapmışam, başqa işə ehtiyacım yoxdur”.
Hazırda təqaüdçü olan, yaşı 70-i ötən əmək qəhrəmanı indi də dəvət edildiyi tədbirlərə orden və medallarını taxaraq gedir. Əldə etdiyi nailiyyətlərə görə isə ulu öndər Heydər Əliyevə borclu olduğunu bildirir.
Onu da qeyd edir ki, hər il olduğu kimi, bu il də öz əlləri ilə becərdiyi tər qızılgüllərlə ulu öndərin anım günündə rayon mərkəzində ucalan abidəni ziyarət edərək, o illərin xatirəsini bir daha yaşadacaq.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: