• C. Noy 22nd, 2024

ABŞ Azərbaycanda minatəmizləmə işlərini dəstəkləyir

ByYenigun.news

Mar 31, 2022

“ABŞ Azərbaycan ərazilərində minalardan təmizləmə işlərini dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin Siyasi-Hərbi İşlər Bürosunda silahları rəddetmə və ixtisar ofisinin əməkdaşı, Avropa və Şimali Afrika proqram rəhbərinin köməkçisi Maykl Tirre (Michael Tirre) bildirib.

Minalar ucbatından məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının xeyli ləngidiyini deyən amerikalı ekspert Ağdam ilə bağlı təəssüratlarını bölüşərək bu istiqamətdə görüləcək hələ çox işlərin olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçirilir. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxsin iştirakı planlaşdırılır. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir