ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
“Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş möhtəşəm şənlik keçirilib. Bu gecəni qeyd etmək üçün bizə qoşulan bütün qonaqlarımıza təşəkkür edirik”, – deyə səfirlikdən bildirilib.
Mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan, eləcə də digər rəsmi şəxslər, hərbi attaşelər iştirak ediblər.