• Ça. Dek 23rd, 2025

ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik”

Byadmin

Fev 12, 2024


“ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik”, – Miller bildirib.