ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatlarına uymayıb. Belə ki, o, həftəlik brifinqində Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı təxribat xarakterli məsələni, xüsusən ATƏT-in qondarma hesabatını şərh etməkdən imtina edib.
“Mənim Azərbaycanda keçirilən daxili seçki ilə bağlı heç bir şərhim yoxdur”, – deyə mətbuat katibi cavab verib.
Jurnalist müzakirəni davam etdirməyə çalışsa da, Miller söhbəti başqa mövzuya keçirib.
Xatırladaq ki, Azərbaycanda prezident seçkisi fevralın 7-də keçiriləcək.
Mənbə: State.gov