• Ç. Noy 27th, 2024

ABŞ Dövlət Departamentindən Azərbaycan-Ermənistan şərti sərhədində mümkün eskalasiya ilə bağlı AÇIQLAMA

ByYenigun.news

Apr 1, 2024

“Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya heç kimin marağında deyil”.

“Trend”in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında deyil”, – deyə o bildirib.

Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir