• Ca. Sen 25th, 2025

ABŞ Dövlət Departamentindən Cənubi Qafqazla bağlı açıqlama

ByYenigun.news

Mar 24, 2023


“ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel öz “Twitter” hesabında yazıb.

O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ni daha da ruhlandırır.