• Be. Noy 25th, 2024

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gələcək

ByYenigun.news

İyn 5, 2021

ABŞ Dövlət Departamentinin nümayəndəsi, Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker 6-13-iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək.

Yenigun.news xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edilir ki, o, Tbilisidə, Bakıda və Yerevanda olacaq. “Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək”, – deyə ABŞ Dövlət Departamentindən bildirilir. O, xüsusən Rusiya-Gürcüstan münasibətlərini müzakirə edəcək.

Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. Diplomat iki ölkənin münasibətləri ilə bağlı müzakirələr aparacaq.

ABŞ rəsmisi Azərbaycanda dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirməyi planlaşdırır.

Dövlət Departamentindən bildirilib ki, səfərin məqsədi prioritet təşkil edən ikitərəfli, regional məsələlərin inkişafı, regionda demokratik və iqtisadi inkişafa dəstək verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir