ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.
Bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.
O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.
“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu böhranın yeganə yolu zorakılığa son qoymaqdır.