ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və səfirliyin bir qrup əməkdaşı Bakı Şəhər Halqasını ziyarət ediblər.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə səfirlik özünün “Facebook” səhifəsində bildirib.
“Formula-1” dünyanın hər yerindən (o cümlədən ABŞ-dan) olan azarkeşlərin gözəl Bakı şəhəri haqqında daha çox məlumat əldə etmək üçün əyləncəli bir yoldur”, – deyə paylaşımda qeyd olunub.