“Mən bu gün Şuşada olduğum üçün xoşbəxtəm”.
Bu sözləri ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirliyin “X” səhifəsində Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratını bölüşərkən qeyd edib.
“Biz bu səfərə iki aya yaxındır ki, hazırlaşırdıq və şadam ki, nəhayət, baş tutdu”, – deyə diplomat ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən videoda bildirib.
“Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm.”
— Səfir Libby pic.twitter.com/yuvvUxA2xb— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024