• Ça. Noy 26th, 2024

ABŞ səfiri Qaçqınlar Günü ilə bağlı bəyanat yaydı

ByYenigun.news

İyn 20, 2022

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olmuşdur.

Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər.

Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda 3,5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.

Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir.

Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla dünyada bütün köçkünlərin könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və yenidən qurulması, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.

Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin, münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir