“ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq”.
Bunu ABŞ-nin Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı “Twitter” paylaşımında bildirib.
“Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb”, – qeyd olunub.
Vurğulanıb ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.
Birləşmiş Ştatlar 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir. Ətraflı məlumat: https://t.co/g1CNl0cNwp @StateDeptPM #WalkInSafety #IDMA
— U.S. Embassy Baku (@USEmbassyBaku) April 4, 2023