• Ça. Noy 26th, 2024

Adil Kərimli: “İşğal dövründə xalqımıza və etnik azlıqlara məxsus irs nümunələri, tarixi abidələr dağıdılıb”

ByYenigun.news

İyn 3, 2023


Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli ölkəmizdə multikulturalizmin qorunmasından danışıb:

“Azərbaycanda etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir”, – nazir qeyd edib.

Adil Kərimli ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqların Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunduğunu və bərpa edildiyini vurğulayıb.

“Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda, İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib və ya özgəninkiləşdirilib. Torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlara məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilib, dağıdılıb, təhqir edilib”, – deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir