Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli Mədəniyyət Nazirliyində olan islahatlar barədə danışıb.
Adil Kərimli APA-ya açıqlamasında tapşırıq və iradlara əməl etməyənlərin fəaliyyətinə son qoyulacağını deyib.
“Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq”, – o deyib.