Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Qrossi özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
O bildirib ki, AEBA ilə əməkdaşlıq və nüvə elmi sayəsində Azərbaycan pambıq istehsalını nəzərəçarpacaq dərəcədə – üç dəfə artırıb.
“Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında “Ümid Şüaları” kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik”, – deyə o vurğulayıb.
Sonda o, dəstəyinə görə Azərbaycan XİN-ə təşəkkürünü bildirib.
With @IAEAorg and nuclear science, #Azerbaijan remarkably tripled its cotton output. We will continue working w/ 🇦🇿 as it leads the Non-Aligned Movement towards achieving the #GlobalGoals, with initiatives like #RaysOfHope. Thank you @AzerbaijanMFA Fariz Rzayev for your support. pic.twitter.com/0RkyBV45Db
— Rafael MarianoGrossi (@rafaelmgrossi) August 24, 2023