Azərbaycanın hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişlənib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi bu siyahıya əlavə edilib.