“Orta Dəhlizin potensialı günü-gündən artır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Orta Dəhliz layihəsi təkcə region ölkələrinin deyil, həm də xarici investorların diqqətini cəlb edir.
Səfir vurğulayıb ki, ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdə vacib rol oynayır:
“Komissiyanın növbəti iclasının bu ay keçirilməsi planlaşdırılır”.