“Dəmir yumruq hər şeyin nöqtəsini qoydu”.
Oxu.Az xəbər verir ki, bu sözləri 20 Yanvar şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən Ahıska türklərinin lideri Ziyəddin Kassanov deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ savaşında 9 ahıskalı şəhid olub:
“Biz ahıskalılar da savaşda iştirak etdik. 9 şəhidimiz var. Bu bizim də zəfərimiz oldu. Savaşda milli qəhrəmanımız da var. Biz eyni millətik. Azərbaycan xalqı güclüdür”.
Nəzrin Vahid