“Aİ Azərbaycanla daha çox əməkdaşlığa hazırdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi özünün “X” hesabında bəyan edib.
O, strateji nəqliyyat və enerji layihələrini müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşməyin çox xoş olduğunu bildirib.
“Biz daha çox əməkdaşlığa hazırıq”, – deyə Aİ komissarı əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Görüşdə Azərbaycan və Aİ arasında münasibətlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Was good to meet Minister @Bayramov_Jeyhun in Budapest to discuss our strategic transport & energy #connectivity projects.
We stand ready to engage more. #EIP@AzerbaijanMFA pic.twitter.com/p6WjtE0UsM
— Oliver Varhelyi (@OliverVarhelyi) September 5, 2023