• Şb. Noy 23rd, 2024

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

ByYenigun.news

İyn 1, 2022

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək.

Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, T.Klaar münasibətlərin normallaşdırılması üçün Azərbaycan və Ermənistan hökuməti ilə növbəti danışıqlar prosesini müzakirə etmək niyyətindədir.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində danışıqların aparılması, gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

Mətbuat katibi Şarl Mişelin əhalinin sülhə hazırlanmasının vacibliyini vurğuladığını bildirib.

Ş.Mişel mayın 24-də hər iki ölkənin sərhəd komissiyasının ilk tarixi iclasını alqışlayıb və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitlik və təhlükəsizliyin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir