“Azərbaycanın Londondakı səfirliyinə dünənki hücumdan narahatlıq keçirdim”.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndələyinin rəhbəri səfir Peter Mixalko özünün “Twitter” səhifəsində yazıb.
“Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olmasından şad oldum”, – diplomat qeyd edib.
I was appalled by the yesterday’s attack on the Embassy of Azerbaijan in London. Violence against diplomatic missions and their personnel is unacceptable. Relieved that the Embassy staff and their families are safe.
— Peter Michalko (@MichalkoPeter) August 5, 2022