• C. Noy 22nd, 2024

Alban-Udi Xristian Dini İcmasının üzvləri Suqovuşanda məbəd, Talış kəndində kilsə ziyarət ediblər – FOTO/VİDEO

ByYenigun.news

Mar 31, 2022

Alban-Udi Xristian Dini İcmasının üzvləri işğaldan azad edilən Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, icma üzvləri Talış və Suqovuşanda dini məbədləri ziyarət edib, 31 Mart soyqırımı qurbanlarının xatirəsini anıblar.

İcma üzvləri əvvəlcə Talış kəndində, daha sonra isə Suqovuşan qəsəbəsində yerləşən Alban məbəd və kilsələrini ziyarət edib, dini ayinlərini yerinə yetirərək, dualar oxuyublar.

Belə ki, Suqovuşanda V əsrə aid olan Alban kilsəsi ziyarət edilib. Kilsə restavrasiya adı ilə xarici görünüşündə dəyişikliklərə məruz qalıb.

Qeyd edək ki, ermənilərin 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yerləşən tarixi-mədəni irsimizi silmək və özününküləşdirmək məqsədi ilə kilsə və məbədlərin xarici görünüşündə müxtəlif dəyişikliklər ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir