Almaniyanın xarici işlər naziri Annalena Barbok ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var. Annalena Barbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, – Almaniya Xarici İşlər Nazirliyinin “X”də (keçmiş “Twitter”) dərc etdiyi bəyanatda deyilir.
“Dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir”, – Almaniya Xarici İşlər Nazirliyi vurğulayıb.
#Armenia and #Azerbaijan have a historic opportunity for peace. In talks with her 🇦🇲 counterpart @AraratMirzoyan , @ABaerbock emphasised Germany’s willingness to continue supporting the peace process. It is crucial to continue the dialogue now.
— GermanForeignOffice (@GermanyDiplo) May 17, 2024