• Ça. Noy 26th, 2024

Almaniya televiziyası Qarabağ bölgəsində “etnik təmizləmə” ilə bağlı iddiaları təkzib etdi

ByYenigun.news

Okt 2, 2023


Almaniyanın ZDF televiziya kanalı Azərbaycanın Qarabağ bölgəsində “etnik təmizləmə” ilə bağlı iddiaları təkzib edib.

Bu barədə telekanalın müxbiri Sebastyan Em səhər xəbərləri efirində bölgədəki vəziyyəti şərh edərkən danışıb. Teleaparıcı Dunya Hayalinin “İnsanlar öz istəkləri ilə gedirlər, yoxsa onları qovurlar?” sualına cavabında müxbir vurğulayıb ki, Azərbaycan Ordusu insanları qovmayıb.

“Eşitdiyimiz hər şeyi, o cümlədən bölgəni tərk edən ermənilərlə söhbətlərimizi nəzərə alsaq, Azərbaycan əsgərləri çiyinlərində avtomat ermənilərin evlərinə girərək onları qovmayıb. BMT-nin Ermənistandakı nümayəndəsi də bunu təsdiqlədi”, – deyə Sebastian Em bildirib.

Jurnalistin sözlərinə görə, ermənilər Azərbaycan vətəndaşı olaraq Azərbaycanda qalmaq və ya getmək kimi iki seçim qarşısında qalıblar. Bölgədə yaşayan ermənilərin əksəriyyəti ikinci variantı seçərək Ermənistana gedib.

“Azərbaycanın ölkədə qalmaq və bu dövlətin vətəndaşı olmaq təklifini qəbul etmədilər”, – deyə teleaparıcı Hayali müxbirin sözlərini yekunlaşdırıb. O, həmçinin qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir.

Sebastian Em yekun olaraq vurğulayıb ki, Azərbaycan Qarabağda böyük infrastruktur layihələri həyata keçirir və bölgəyə onminlərlə azərbaycanlının köçürülməsini planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir