• Be. Dek 22nd, 2025

Almaniyada yaşayan iqtisadçı-ekspert: “Məğrur yeriyərək səsverməyə gedirik” – VİDEO

Byadmin

Fev 7, 2024


“Seçki ilə bağlı Berlinə gedirik. Böyük qürurla səsvermədə iştirak edəcəyik”.

Bunu Baku TV-yə açıqlamasında Almaniyada yaşayan iqtisadçı-ekspert Murad Cəlalov bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Hələ mən dünyaya gəlməmişdən torpaqlarımız işğal olunmuşdu. Amma artıq torpaqlarımız azad edilib. Biz torpaqlarımızı döyüşərək, xahişsiz-minnətsiz geri qaytardıq. Buna görə də məğrur yeriyərək səsverməyə gedirik”, – deyə həmyerlimiz söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində: