• C. Noy 22nd, 2024

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

ByYenigun.news

Sen 30, 2023


Nazirlər Kabineti bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası”, eləcə də “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın forması” təsdiqlənib.

Energetika Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın elektron qaydada verilməsinin təşkili məqsədilə zəruri tədbirlər görməlidir.

Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir