“Lüğətçiliklə bağlı nə qədər müzakirə və mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə iş gedir”.
APA xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
“Dilçilik İnstitutunda hazırda fonetika, morfologiya, sintaksis və digər bölmələrlə bağlı fundamental elmi əsərlər hazırlanır”, – akademik qeyd edib.