• C. Noy 22nd, 2024

Amerikalı ekspert: “Qarabağdakı ermənilərin Azərbaycandan gələn ərzaqdan imtinaları səmərəsiz qərardır” – FOTO

ByYenigun.news

Sen 1, 2023


“Qarabağda yaşayan ermənilərin Azərbaycandan gələn ərzaq yükündən imtinası səmərəsiz qərardır”.

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

“Bakıya olan nifrət onların iddia etdikləri qida ehtiyacından daha böyükdür… Bunu beynəlxalq ictimaiyyət, xüsusən də aşkar təbliğat kampaniyaları fonunda, nəzərə almalıdır”, – o deyib.

İ.Zukerman vurğulayıb ki, Qərbdəki erməni lobbiçiləri və onları dəstəkləyən bütün şəxslər Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası perspektivlərinə hər vasitə ilə zərbə vurmağa çalışırlar.

Ekspert əlavə edib ki, belə reinteqrasiya ölkənin digər vətəndaşları kimi, Qarabağda yaşayan ermənilərin də Azərbaycan qanunları qarşısında bərabərliyini təmin edəcək.

Onun sözlərinə görə, Qarabağdakı ermənilərin qərar qəbul etmək, xüsusən də humanitar yardım məsələsində müstəqil olmaq ehtimalı azdır:

“Onlar Ermənistanın Laçın yolu ilə çatdırmağa çalışdığı ərzaq yükü istisna olmaqla, hər hansı digər ərzaq yükünün çatdırılmasından imtina edirlər. Aydındır ki, Qarabağdakı ermənilər xarici qüvvələrin təzyiqi altındadır və bu qərarları onların yerinə başqası verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir