• Ç. Okt 30th, 2024

Anar Bağırov: “Bütün istintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sistemi tətbiq edilməlidir”

ByYenigun.news

Yan 27, 2023

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək Vəkillər Kollegiyasına tövsiyə olunub: “Biz cənab Prezidentin Sərəncamından sonra dərhal işə başladıq və müəyyən addımlar atdıq. Ancaq hesab edirəm ki, hazırda “Elektron vəkil” sisteminin təkmilləşdirilməsinə və onun “Elektron məhkəmə” informasiya sisteminə tam inteqrasiyasına ehtiyac var”. 

Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

O bildirib ki, “Elektron vəkil” sistemin daha effektiv fəaliyyəti üçün Vəkillər Kollegiyasına ardıcıl dəstək göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyəti xüsusi vurğulanmalıdır:

“Onu da qeyd etməliyəm ki, hazırda Vəkillər Kollegiyası “Elektron order” sistemi ilə əlaqədar bütün işləri yekunlaşdırıb və gələn ay sistemi pilot layihə kimi təqdim etməyi nəzərdə tuturuq”.

Anar Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb:

“Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcək. Digər məsələ “Elektron təyinat” sistemidir. Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlıq, vaxtaşırı aparılan müzakirə və tədbirlər sayəsində Bakı şəhərində fəaliyyət göstərən bütün məhkəmələrdə bu sistem 2 ildir ki, tətbiq olunsa da, təəssüf ki, bölgələrdə hələ də köhnə qaydalar qalmaqdadır. İstərdik ki, nəinki məhkəmələr, ölkədə fəaliyyət göstərən bütün istintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sistemi tətbiq edilsin”.

Sədr eyni zamanda gələcəkdə stastistik məlumatların mərkəzləşdirilmiş elektron uçotunun aparılmasının da əhəmiyyətini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir