• Ça. Noy 5th, 2024

Ankara səfiri SSRİ-nin Qarabağ planından danışdı

ByYenigun.news

Yan 20, 2023

“Hüzn Günü” kimi tanınan 20 Yanvar faciəsinin 33-cü ildönümündə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov “Hürriyet”ə açıqlama verib.

O qeyd edib ki, 1990-cı il yanvarın 20-si Sovet İttifaqının dağılmasının başlanğıcı oldu:

“1990-cı il yanvarın 9-da Ermənistan Sovet Respublikasının Parlamenti Azərbaycanın ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 20-də Azərbaycana əsgər və kəşfiyyat qüvvələri göndərildi. Bir gecədə 147 nəfər tanklar və zirehli texnikalar tərəfindən əzildi və güllələndi”.

Diplomat bildirib ki, 1990-cı il yanvarın 20-si müstəqilliyimizin başlanğıcı oldu:

“20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı, SSRİ dağıdıldı, Azərbaycan öz müstəqilliyini əldə etdi, xalq milli birlik və azadlıq əldə etdi. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbə ilə 20 Yanvar şəhidlərinin ruhu rahatlıq tapdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir