• Şb. Avq 23rd, 2025

Ankarada ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub – FOTO

ByYenigun.news

May 10, 2023


Türkiyənin paytaxtı Ankarada ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov özünün “Twitter” hesabında xəbər verib.

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Ankarada “Heydər Əliyev parkı”nda ulu öndərin abidəsini ziyarət etdik, müstəsna şəxsiyyət, böyük dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdik”, – deyə diplomat bildirib.