ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət katibi rəsmi “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycanla sülhü təmin etmək məqsədilə göstərilən səylərə dəstəyimizi davam etdirəcəyimizi bir daha bildirmək üçün dünən Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışmışam. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhün yeganə yoludur və mən buna vasitəçilik etməyə hazıram”.
I spoke with Armenian Prime Minister @NikolPashinyan yesterday to reiterate my strong support for ongoing efforts to secure peace with Azerbaijan. Direct dialogue and diplomacy are the only path to a durable peace in the South Caucasus and I remain committed to help facilitate.
— Secretary Antony Blinken (@SecBlinken) July 12, 2023