• Ça. Noy 26th, 2024

Ararat Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

ByYenigun.news

Mar 13, 2024

ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono yenidən İrəvana səfər edib və ölkənin xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.

Bu barədə Ermənistan mediası xəbər verib.

Bildirilib ki, diplomatlar Cənubi Qafqazda təhlükəsizliyə dair məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Qeyd edək ki, Lui Bono bundan əvvəl yanvar ayında İrəvanda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir