• Ca. Yan 23rd, 2025

Armen Qriqoryan: “Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər”

ByYenigun.news

Okt 12, 2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər.

“ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər belə razılaşmanın olmasını müzakirə etdik. Həmçinin delimitasiya məsələsinin də ilin sonuna qədər baş tutacağını razılaşdırdıq”, – deyə o bəyan edib.

Mənbə: kommenrsant.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir