“Prezident İlham Əliyevin Fransa müstəmləkəçiliyinə qarşı bəyanatlarını dəstəkləyirəm. Mən cənab prezidentin çıxışından yaxşı mənada təəccübləndim”.
Oxu.Az-ın məlumatına əsasən, bunu “Africa Mundus” təşkilatının rəhbəri Emmanuel Arqo Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.
“Qoşulmama Hərəkatı mövqeyimizi ifadə etməyə platforma verir”, – deyə o əlavə edib.
Arqo qeyd edib ki, Qoşulmama Hərəkatı Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək verir.
“BMT çağırış edir ki, Afrika qitəsinin əhalisi istismara, deportasiyaya məruz qalır. Biz istəyirik ki, Afrika mənşəli insanları bir araya toplayaraq beynəlxalq konfrans keçirək. Bu konfransı Braziliyada keçirmək istəyirik”, – o bildirib.