“Azərbaycan kimi ATƏT-ə üzv dövlətlər önəmli rola malikdir”.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib. O qeyd edib ki, dayanıqlı sülhün təmin olunması üçün ATƏT-in müvafiq təcrübəsi və lazımi vasitələri var:
“Dayanıqlı sülh təmin olunmalıdır. Burada yaşayan insanlar buna layiqdir. Əhatəli, dayanıqlı şəkildə bu məsələlərin həllini tapmaq, razılıq üçün yeni imkanlar müəyyən etmək lazımdır.
Ermənistan və Azərbaycanla ikitərəfli münasibətlər davam edir. Buraya demarkasiya və delimitasiya prosesləri də daxildir. Biz bu çağırışları özümüz də yaşamışıq, öz ölkəmizdə hiss etmişik. Həllər çox uzaq görünə bilər. Lakin tərəfləri danışıqlar masasına yaxınlaşmağa, döyüş meydanından uzaqlaşmağa çağırırıq”.
Aysel Aslan