Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şuranın xüsusi iclasında çıxış edib.
Bu barədə Rövşən Sadıqbəyli “X” platformasında yazıb.
“ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verdik.
Həmçinin, Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatları təqdim etdik”, – diplomat qeyd edib.
At the reinforced meeting of @OSCE Permanent Council presented our views on the overall functioning of the Organization and the current challenges. Also, informed about the demilitarization process following local counter-terrorism measures taken by the armed forces of Azerbaijan… pic.twitter.com/YY5u57nZ3m
— Rovshan Sadigbayli (@Sadigbayli) September 27, 2023