• Ç. Okt 23rd, 2024

Avronest-də Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistanın dəstəklədiyi qətnamə rədd edilib

ByYenigun.news

Fev 20, 2023

Avronest Parlament Assambleyasının Büro iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusi canfəşanlıq göstərdiyi qətnamə layihəsi rədd edilib.

“Report” xəbər verir ki, qətnamənin mövzusu “Siyasi dustaqlar” olsa da, mətndə Azərbaycanın guya mövcud olan “erməni dustaqları” azad etməsinə çağırış yer alıb.

Azərbaycan, Gürcüstan, Belarus nümayəndə heyətlərinin məntiqi izah və mövqeyindən sonra, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, iştirakçıların yekdil qərarı ilə qətnamə rədd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir