Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edəcək.
Toivo Klaar bu barədə özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, İrəvana səfəri birgünlük olacaq və səfərin məqsədi Laçın dəhlizində Azərbaycan ekofəallarının dinc aksiyası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətindəki prosesləri müzakirə etməkdir.